ABŞ müdafiə naziri istefaya göndərilə bilər

ABŞ Müdafiə Nazirliyinin keçmiş sözçüsü Conatan Elliott hesab edir ki, Pentaqonun rəhbəri Pit Heqset öz vəzifəsində uzun müddət qala bilməyəcək.
AFN.az xəbər verir ki, o, bu mövqeyini “Politico”da dərc olunan məqaləsində açıqlayıb.
Mart ayında vəzifəsindən uzaqlaşdırılan Elliott Pentaqonun son bir ayda sızma və kütləvi ixtisarlar fonunda “tam xaos” içində olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın müdafiə strukturunun pozulması yüksək vəzifəli məmurların cavabdehlik daşıması ilə məşhur olan ABŞ prezidenti Donald Tramp üçün əhəmiyyətli diqqəti yayındırmağa çevrilib.
"Bunu nəzərə alsaq, müdafiə naziri Pit Heqsetin uzun müddət öz işində qalmasını təsəvvür etmək çətindir" - deyə Elliott bildirib. O xatırladıb ki, ötən həftə ABŞ müdafiə nazirinin baş qərargah rəisi Co Kasperin gözlənilən istefası açıqlanıb və ondan əvvəl Pentaqonun baş qərargah rəisinin müavini Darin Selnik, eləcə də müdafiə nazirinin müşaviri Den Kolduel inzibati məzuniyyətə göndərilib. “Sadə dillə desək, Pentaqon tam bərbad vəziyyətdədir”, - deyə departamentin keçmiş mətbuat katibi qeyd edib.
Onun sözlərinə görə, son bir ay ərzində Pentaqonun diqqəti döyüş əməliyyatlarından sonsuz dramlara çevrilib. Elliott vurğulayıb ki, Tramp Pentaqonun "rəhbərliyini təmizləmək" qərarına gəlsə, bir çox departament işçisi onu alqışlayacaq.