ABŞ-ın Suriyadakı mövcudluğu nəzərdən keçiriləcək - Heqset


ABŞ Silahlı Qüvvələri növbəti Donald Tramp dövründə ABŞ-ın Suriyada hərbi mövcudluğunun davam etdirilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın yeni müdafiə naziri vəzifəsinə namizəd Pit Heqsetin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvlərinin suallarına verdiyi yazılı cavablarda deyilir.

"Başa düşdüyüm qədər, Suriyada Müdafiə Nazirliyinin hazırkı məqsədi İŞİD-in yekun məğlubiyyətinə nail olmaqdır. Əgər Müdafiə Nazirliyinin rəhbəri kimi təsdiq olunsam, mən regiondakı hədəflərimizi və strategiyamızı təhlil edərək tövsiyə olunan hər hansı dəyişikliyi prezidentə təqdim edəcəyəm" - deyə o bildirib.

Müdafiə Nazirliyinin Suriyada dinc demokratik keçidin dəstəklənməsində hansı rolu oynamalı olduğu sualına cavabında o deyib: "Yeni seçilmiş prezident Tramp bildirib ki, ABŞ Suriyaya müdaxilə etməməlidir. Departament baş komandanın əmrlərini yerinə yetirəcək".

Heqset qeyd edib ki, Amerika qoşunlarının hər hansı bir xarici ölkədə mümkün istifadəsi konkret məqsədlərlə əlaqəli olmalıdır: "Hər hansı bir ölkədə qoşunların yerləşdirilməsi ilə bağlı prezidentə verə biləcəyim tövsiyələr bu prinsipi rəhbər tutacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu