Yaponiyada sunami xəbərdarlığından sonra bəzi qatarların hərəkəti dayandırılıb

Yaponiyada Kamçatka yaxınlığında baş verən zəlzələ nəticəsində sunami xəbərdarlığı aldıqdan sonra 41 dəmir yolu xətti və ekspress marşrutların üç hissəsində qatarların hərəkəti dayandırılıb.
AFN.az-ın məlumatına görə, "Kyodo" agentliyi xəbər verir ki, ölkənin şimal-şərqindəki böyük Senday şəhərində hava limanı bağlanıb.
Yaponiyanın şimal və şimal-şərqində müxtəlif ərazilərdə hündürlüyü 20 ilə 50 sm arasında dəyişən sunami qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sakinlər sahil zolağından uzaqlaşmağa və oradakı bütün işləri dayandırmağa çağırılıb.