Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib


Yaponiyanın cənub-qərbindəki Miyazaki prefekturasının sahillərində 7,1 bal gücündə zəlzələ baş verib və sunami təhlükəsi barədə xəbərdarlıq edilib.


Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi açıqlamada, yerli vaxtla saat 16.43-də ölkənin cənub-qərbindəki Miyazaki əyaləti sahillərində 7,1 bal gücündə zəlzələ olduğu açıqlanıb.

Zəlzələ 30 kilometr dərinlikdə baş verib.

Yaponiya hakimiyyəti Koçi və Miyazaki prefekturaları üçün sunami xəbərdarlığı da edib.

Zəlzələdən sonra Kyuşuda sürətli qatarların hərəkəti dayandırılıb.

Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı hələlik məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu