Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verib


Yaponiyanın üçüncü ən böyük adası Kyuşu adasının cənubundakı Miyazaki prefekturasında 6,9 bal gücündə zəlzələ baş verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, seysmik nəzarəti həyata keçirən Milli Meteorologiya İdarəsi sunami xəbərdarlığı edib.

Zəlzələdən sonra hündürlüyü 1 m-ə çatan sunami şərqdəki Kyushu və ona bitişik Şikoku adasına çatıb. Bəzi ərazilərdə sunaminin hündürlüyü 20 sm olub.

Hakimiyyət yerli sakinlərə dərhal sahil zolağından uzaqlaşmağı və yanğınla rəftar edərkən maksimum ehtiyatlı davranmağı tövsiyə edib. Yaponiya Baş Nazirinin ofisi zəlzələ ilə əlaqədar böhran mərkəzi yaradıb.

Zəlzələnin episentri Kyuşu adasının cənub-şərq sahillərindən 30 km dərinlikdə yerləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu