Dünyada gözlənilən ömür uzunluğu 4,5 il artacaq


Alimlər müəyyən ediblər ki, 2022-2050-ci illər arasında bütün dünyada gözlənilən ömür uzunluğu təxminən 5 il artacaq.



Qadınların ömür uzunluğunun 76,2 yaşdan 80,5 yaşa, kişilərin isə 71,1 yaşdan 76 yaşa qədər artacağı təxmin edilir. Gender-neytral hesablamalara görə, bu müddət ərzində 4,5 il, 73,6-dan 78,1 yaşa qədər artım olacaq.

204 ölkədə risk faktorlarını araşdıran 2021 Qlobal Xəstəlik Yükü Araşdırmasının nəticələrinə əsaslanan yeni araşdırma, ən yüksək artımın ömrün ən aşağı olduğu yerlərdə müşahidə ediləcəyini bildirir. Bu proqnoza görə, ölkələr arasında gözlənilən ömür fərqi azalacaq.

"The Lancet" jurnalında nəşr olunan araşdırmanın müəlliflərindən biri Dr. Chris Murray deyir: "Gözlənilən ömür uzunluğunun ümumi artımına əlavə olaraq, biz müəyyən etdik ki, ömür uzunluğu bərabərsizliyi coğrafiyalar arasında azalacaq".

Bu, ən yüksək və ən aşağı gəlirli bölgələr arasında sağlamlıq bərabərsizliyinin qalmasına baxmayaraq, bu fərqin bağlandığını göstərir, ən böyük artım isə Sub-Sahara Afrikasında gözlənilir.

Alimlər bildirirlər ki, bu qlobal artım daha çox ürək-damar xəstəliklərinin, COVID-19 və bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasına və təsirinin azaldılmasına yönəlmiş ictimai sağlamlıq təcrübələri ilə bağlıdır.

Yeni araşdırmanın mühüm tapıntılarından biri odur ki, gözlənilən ömür uzunluğu artsa da, bu illər sağlam şəkildə keçməyəcək. Qlobal sağlam ömür uzunluğu 2022-ci ildən 2050-ci ilə qədər cəmi 2,6 il artaraq 64,8 yaşdan 67,4 yaşa çatacaq. Bu artım gözlənilən ömür uzunluğunun demək olar ki, yarısına uyğundur.

Bildirilib ki, ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklər və onlara bağlı risk faktorları gələcək nəslin xəstəlik yükünə daha çox təsir edəcək. Xəstəliyin yükü sağlamlıq probleminin cəmiyyətə təsirini ifadə edir.

Araşdırmaya görə, yüksək qan təzyiqi və qan şəkəri kimi metabolik risk faktorları ilə əlaqəli xəstəlik və ya vaxtından əvvəl ölüm səbəbiylə itirilmiş illərin ümumi sayı da 2000-ci ildən bəri 49,4 faiz artıb.

Sağlamlıq Metrikləri və Qiymətləndirmə İnstitutunun (IHME) direktoru Dr. Murray xəstəlik yükünün azaldılmasında siyasətlərin əhəmiyyətinə toxunan bildirib:

"Bu artan metabolik və qidalanma risk faktorlarının, xüsusilə yüksək qan şəkəri, yüksək bədən kütləsi indeksi və yüksək qan təzyiqi kimi davranış və həyat tərzi faktorlarının qarşısını almaqla qlobal sağlamlığın gələcəyinə təsir etmək üçün böyük imkanımız var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu