Avropadakı NATO ölkələri ABŞ hərbçilərini azaldır

Avropalı NATO üzvləri qitədəki Amerika hərbi kontingentinin mümkün azaldılmasına hazırlaşmağa başlayıblar.
AFN.az xəbər verir ki, bu barədə "Euractiv" portalı alyansdakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Avropanın NATO dairələri ABŞ prezidenti Donald Trampın hazırda 80 minə yaxın olan Avropadakı hərbçilərinin sayını azaldacağına əmindir. Asiya və Yaxın Şərqə köçürülməsi üçün 10-20 min əsgərin çıxarılması ssenariləri müzakirə edilir.
Portal qeyd edir ki, NATO-nun mövcud müdafiə planları əsasən Amerika silahlarından, aviasiyasından və logistikasından asılıdır. Nəşrin istinad etdiyi hərbi rəsmilərin fikrincə, Avropa qüvvələri uzun illər bu imkanları əvəz edə bilməyəcək ki, bu da alyans ölkələrini xüsusilə narahat edir. Bu hazırlıqların Vaşinqtonla rəsmi məsləhətləşmələrin olmadığı bir şəraitdə həyata keçirildiyi vurğulanır.