Britaniyanın Newcastle və Birmingham Universitetlərinin professor və müəllimləri İİTKM-in fəaliyyəti ilə tanış olublar




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) qonaq olan Nyukasl Universitetinin doktorları Paul Riçter, Fiona Uaythörst, həmçinin, Birminqam Universitetinin professoru Simon Douna İİTKM tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumatlar təqdim edilib.



İİTKM-in department rəhbəri Rəşad Hüseynov, menecerlər Faiq Qasımlı, Nərmin Kazımlı, Ayxan Qədəşov, Oruc Dursunzadə həyata keçirilən layihələr barədə təqdimatlar nümayiş ediblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları Azexport Portalı, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı, EnterpriseAzerbaijan portalının rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rolun vacibliyini xüsusi vurğulayıblar. Bildirilib ki, ölkə başçısının tapşırıqları əsasında reallaşdırılan bu layihələr Azərbaycanın e-ticarət, e-kommersiya və e-ödəniş sisteminin inkişafı üçün yeni zəmin rolunu oynayıb. Həmçinin aparılan islahatlar nəticəsində yaradılan yeni elektron imkanlar nəticəsində ölkədən qeyri-neft ixracı sadələşib, rəqəmsallaşıb və ixracın coğrafiyası genişlənib.

Bildirilib ki, məhz bu layihələrin uğurlu icrası və Rəqəmsal Ticarət Qovşağının yaradılması ilə Azərbaycan dünyada qeyri-rezidentlərə e-rezidentliyi təqdim edən ikinci, m-rezidentliyi təqdim edən ilk ölkədir.

Əlavə olaraq bildirilib ki, Azərbaycanda 2016-ci ildən bəri Strateji Yol Xəritələrinin uğurlu icrası həyata keçirilir. 11 istiqamət üzrə icra olunan strateji yol xəritələrinə uyğun olaraq həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Bu islahatlar nəticəsində Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business” 2019 hesabatında “Ən islahatçı ölkə kimi” qiymətləndirlib və 190 ölkə arasında 32 pillə irəliləyərək, 57-ci pillədən 25-ci yerə yüksəlib.

Daha sonra qonaqlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış olublar. Mərkəzin meneceri Nicat Hacızadə qonaqlara ətraflı məlumat təqdim edərək bildirib ki, burada ixracatçı sahibkarlar üçün bütün müvafiq şərait yaradılıb. Sahibkarlar ixrac etdikləri məhsullara baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatları "Bir Pəncərə"dən alırlar. Eyni zamanda mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədəbiyyatın ixracına razılığı da buradan almaq olar.

Qonaqlara təqdim edilən layihələrin iqtisadi inkişafın müxtəlif sahələrini əhatə etməsi, həmcinin coxfunksiyalı olması böyük marağa səbəb olub. Newcastle Universitetinin doktorları Paul Riçter, Fiona Uaythörstə, həmçinin, Birminqam Universitetinin professoru Simon Doun tərəfindən əlavə edib ki, İİTKM-in icra etdiyi layihələr ümumilikdə Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyata effektiv inteqrasiyasına gətirib çıxaracaqdır ki, bu da ölkənin üzun müddətli perspektivdə davamlı sosial-iqtisadi inkişafının təmin edilməsinə və sosial rifahın daha da yaxşılaşmasına gətirib çıxaracaqdır. Eyni zamanda, qonaqlar icra edilən bəzi layihələrin daha da təkmilləşdirilməsi istiqamətində görülə biləcək işlərlə bağlı Britaniya təcrübəsini İİTKM-in əməkdaşları ilə bölüşüblər. Qonaqlar ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində müvafiq komissiyanın yaradılmasını və bu istiqamətdə görülən işləri digər inkişaf etməkdə olan ölkələrə nümunə ola biləcəyini vurğulayıblar.









AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu