İndoneziyada "sevgi dələduzluğu"na görə 88 Çin vətəndaşı saxlanılıb


İndoneziya polisi 88 Çin vətəndaşını telefon və internet üzərindən transsərhəd "sevgi fırıldaqçılığı" səbəbiylə saxladıqlarını açıqlayıb.


Polis Çin Təhlükəsizlik Nazirliyinin xəbəri əsasında Batam adasında 5-i qadın olmaqla 88 şübhəlinin saxlanıldığını bildirib.

Polis sözçüsü Zahvani Pandra Arsyad şübhəlilərin telefon və onlayn sevgi dələduzluğu cəmiyyətinin üzvləri olduğundan şübhələndiklərini deyib.

Arsyad hədəflərin çoxunun "insani hisslərini" manipulyasiya etdikdən sonra pul köçürmək üçün aldadılan çinlilər olduğunu qeyd edib.

Şübhəlilərin yanvar ayından turist vizasından istifadə edərək 3 aydır Çindən İndoneziyaya gəldiyini ifadə edən Arsyad, bu şəxslərin Çinin şəbəkələri çökməsindən sonra İndoneziyada cinayət törətdiyini bildirib.

İlkin araşdırmalar çərçivəsində cəmiyyətin ilin əvvəlindən fəaliyyət göstərdiyi və yüzlərlə qurbanı Çində tələyə saldığı üzə çıxsa da, onların nə qədər pul yığdıqları məlum deyil.

İstintaqın davam etdiyi və saxlanılanların İndoneziyadan deportasiya edilməsinin planlaşdırıldığı bildirilib.

İndoneziya polisinin şübhəli şəxslərlə bağlı immiqrasiya orqanları və Çin İctimai Təhlükəsizlik Nazirliyi ilə sıx əməkdaşlıq etdiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu