Rusiya səfiri Britaniya XİN-ə çağırıldı


Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.


“RİA Novosti” xəbər verir ki, bu barədə Britaniya XİN məlumat yayıb.

“Rusiyanın kiberhücumlar, demokratik proseslərə müdaxilə və Ukrayna sərhədində hərbi potensialını gücləndirməsi, qanunsuz şəkildə Krımın ilhaq edilməsi kimi düşmən xarakterli davranışları ilə əlaqədar bu ölkənin səfiri Britaniya XİN-ə çağırılıb”, - deyə açıqlamada qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu