Boris Conson: "Premyer Liqa klubları vacib qərar verdi"


Böyük Britaniyanın baş naziri Boris Conson İngiltərə klublarının Avropa Super Liqasından kənarlaşmalarına münasibət bildirib.


"Report"un məlumatına görə, Conson şəxsi tvitter hesabında bu qərarı alqışladığını yazıb.

Baş nazir bunun vacib qərar olduğunu yazıb: "Bu, futbol azarkeşlərinin, klubların, ölkədəki bütün futbol ictimaiyyətinin mənafeyi baxımından vacib qərardır. Biz milli oyunumuzu qorumağa davam etməliyik".

Qeyd edək ki, İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" klubları Avropa Super Liqasının tərkibindən çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu