Ümumdünya Ərzaq Proqramı həftələr sonra Qəzzaya ərzaq paylayıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (WFP) fevralın 20-dən bəri edə bilmədiyi ərzaq yardımını bu gün Qəzza zolağının şimalına payladığını açıqlayıb.



"WFP çərşənbə axşamı səhər tezdən Qəzza şəhərində 25 min insan üçün kifayət qədər ərzaq paylayıb. Bu, fevralın 20-dən şimala doğru gedən ilk uğurlu karvandır", - BMT agentliyi bildirib.

Açıqlamada bu cür yardımların artmağa davam etməsi lazım olduğu vurğulanıb və "Qəzzanın şimalındakı insanlar aclıq ərəfəsində olduğu bir vaxtda bizim hər gün çatdırılmalara və birbaşa şimala girə biləcək nöqtələrə ehtiyacımız var" ifadəsi işlədilib.

Fevralın 20-də təhlükəsizlik şəraiti yaradılana qədər Qəzzanın şimalına yardımı dayandırdığını açıqlayan WFP, bu yardıma martın 5-də yenidən başladığını açıqlasa da maneələr səbəbiylə fasilələrlə üzləşdiyini bildirib.

WFP-nin icraçı direktoru Sindi Makkeyn martın 11-də verdiyi açıqlamada hər gün 300 yük maşınının Qəzzaya girməsi lazım olduğunu bildirərək, "Qəzza zolağındakı humanitar şəraitdən narahatıq. Qəzzada aclığın qarşısını almaq üçün vaxt daralır. Qəzzada insanlar acdırlar. İndi onlar gözləyə bilməzlər və biz onları ruhdan salmamalıyıq". ifadələrini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu