Çində ölkədaxili tətil səyahətləri pandemiyadan əvvəlki səviyyəni keçdi


Aprelin 4-6-da Çində ənənəvi Qingming Festivalı qeyd olunduğu bir vaxtda ölkədaxili səfərlərin sayı koronavirusun yayılmasından əvvəlki rəqəmi ötüb.



Çin Mədəniyyət və Turizm Nazirliyinin verdiyi açıqlamaya görə, 3 günlük tətildə ölkə daxilində 119 milyon səyahət edilib.

Səfərlərin sayı COVID-19 pandemiyasından əvvəl 2019-cu illə müqayisədə 11,5 faiz artıb.

Tətil dövründə 53,95 milyard yuana çatan daxili turizm gəlirləri də 2019-cu ilə nisbətən 12,7 faiz artıb.

"Məzar Süpürmə Günü" kimi də tanınan Qingming Festivalında çinlilər ailə böyüklərinin məzarını ziyarət və təmizləyərək yad edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu