Maradonaya görə 10 nömrəli formanın ləğvi təklif olundu


Ötən gün dünyasını dəyişən argentinalı əfsanəvi futbolçu Dieqo Maradona görə 10 nömrəli formanın ləğv edilməsi təklif olunub.



"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, belə bir təkliflə Fransanın "Marsel" komandasının baş məşqçisi Andre Villaş-Boaş çıxış edib.

43 yaşlı mütəxəssis bildirib ki, bu, Maradonaya veriləcək ən yüksək şərəf olardı: "Maradona haqqında xəbər ağır zərbədir. FIFA-nın bütün turnirlərdə komandalar üçün 10 nömrəli formanı dövriyyədən çıxartmasını istərdim. Maradonanın gedişi bütün dünya futbolu üçün inanılmaz itkidir".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib. Onunla vida mərasimi bu gün keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu