Nikol Paşinyan tərəfdarları ilə İrəvanda yürüş keçirir


Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları paytaxt İrəvanda yürüş keçirir.



APA-nın məlumatına görə, yürüşdə N. Paşinyan da iştirak edir.

N. Paşinyan səsgücləndirici ilə çıxış edərək tərəfdarlarını və əhalini saat 16.00-da Respublika meydanına toplaşmağa çağırır.

O bildirib ki, polis meydanda keçiriləcək mitinqdə vətəndaşların təhlükəsizliyini təmin edəcək.

“Ən vacibi odur ki, biz hamımız sakitik. Ölkə daxilində bizim düşmənimiz yoxdur. Bu, ən vacib faktdır. Lakin müzakirə olunmalı bəzi məsələlər var”, - deyə N. Paşinyan bildirib.

Yürüş zamanı kənardan səslənən “Ermənistan Silahlı Qüvvələri kimə tabedir” sualına N. Paşinyan “Xalqa və Baş nazirə, başqa variant yoxdur”, - deyə cavab verib.

O, çevriliş təhlükəsinin “idarəedilən” olduğunu deyib.

“Hesab edirəm ki, bu, emosional reaksiya olub və qardaşlarımıza qarşı sərt münasibətdə olmamalıyıq”, - deyə Baş naziri vurğulayıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu