“Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır? – RƏSMİ AÇIQLAMA


Son günlər Azərbaycanda əsas müzakirə mövzusu qiymət artımları ilə bağlıdır.



Sudan istifadəyə görə tariflərin dəyişməsinin və ödənişlərin artırılmasının elektrik enerjisi və mavi yanacağın da qiymətinə təsir edəcəyi barədə fikirlər yaranıb.

Məsələ ilə bağlı Qazet.az-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, hazırda qiymətdə dəyişiklik yoxdur.

"Azəriqaz" İB tarif tənzimlənməsini həyata keçirmir. Bu işə Tarif Şurası baxır. Məsələ Tarif Şurasının səlahiyyətləri daxilindədir", - deyə C.Səfərov qeyd edib.

qtisadiyyat Nazirliyindən isə Qazet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tarif Şurası qiymət tənzimlənmələrini qurumların müraciəti əsasında araşdıraraq qərar qəbul edir. Yəni, sözügedən qurumların müraciəti olacağı təqdirdə məsələyə baxıla bilər.

"Azərişıq" ASC-nin Mətbuat katibi Vaqif Aydınoğlu da qiymət artımı ilə bağlı heç bir müraciətin edilmədiyini söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu