YAP-ın qurultayı keçirilir, İlham Əliyev çıxış edib - YENİLƏNİB-5 / FOTOLAR


Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayında partiyanın Nəzarət təftiş komissiyası formalaşıb.

AFN xəbər verir ki, qurultay hazırda davam edir.

****
Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı davam edir.

"Report" xəbər verir ki, iclasda partiya sədrinin müavini Əli Əhmədov çıxış edib.

Daha sonra isə Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayeva çıxış edib.

Hazırda çıxışlar davam edir.


****

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı davam edir.

AFN xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.


****

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.



“Report”un xəbərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

09:29

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq.

"Report"un xəbərinə görə, hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

00:00

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.

“Report”un xəbərinə görə, bu, YAP-ın VII qurultayıdır.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu