Bilal Ərdoğan Bakıda Forum keçirəcək


Müəyyən zaman çərçivəsində əhalinin 60-70 faizində koronavirusa qarşı kollektiv immunitet yaranmasa, xüsusi risk qrupuna daxil olunan şəxslərə yenidən peyvənd vurula bilər.



Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

"Pandemiyaya son qoymaq, eyni zamanda əhalini xəstəliyin ağır kliniki gedişlərindən qorumaq məqsədilə peyvəndlənmə prosesi icra edilir. Lakin əhalinin 60-70 faizində immuniteti yaranmasa, nəyinki Azərbaycanda, bütün ölkələrdə xüsusi risk qrupuna daxil olunan şəxslərə təkrar peyvənd vurulması baş tuta bilər.

Artıq İngiltərədə məlumat yayılıb ki, payızda yaşı 60-dan yuxarı xüsusi risk qrupunda olan şəxslərə peyvəndin yenidən vurulması gözlənilir".

Azərbaycanlı alim onu da qeyd edib ki, qısa zaman ərzində koronaya təkrar yoluxma halının olması mümkün deyil:

"Koronavirusa yenidən yoluxma məsələsi elmdə çox müzakirə olunan məsələdir. Elmi cəhətdən COVİD-19-a yoluxan şəxslərin qısa zaman çərçivəsində, yəni 3-4 ay müddətində virusa yoluxaraq xəstəliyi ağır keçirməsi mümkün deyil. Əgər yoluxsalar belə, mütləq yüngül simptomlarla keçirəcəklər. Onların başqalarını yoluxma ehtimalı isə çox azdır"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu