KİV: “Ermənistanın KTMT sammitində iştirakdan imtinası onun xarici siyasətində ciddi dəyişiklikdən xəbər verir”


“Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qatılmamaq qərarı Ermənistanın ənənəvi olaraq Rusiya ilə sıx bağlı olan xarici siyasətində ciddi dəyişiklikdən xəbər verir”.



AFN.az xəbər verir ki, bu barədə “BNN Breaking” nəşrində dərc olunan məqalədə deyilir.

“Rusiya ilə Ermənistan arasında münasibətlər son vaxtlar pisləşib. Ermənistan hazırda təhlükəsizlik tədbirlərini şaxələndirmək üçün bir çox yollar araşdırır. Onun bu addımı Rusiyadan asılılığını azaltmaq cəhdi kimi qiymətləndirilir. Ermənistanın KTMT sammitindən yayınmaq qərarı isə bu geniş strategiyanın bir hissəsidir”, - müəllif hesab edir.

Məqalədə qeyd olunur ki, N.Paşinyanın KTMT-ni Ermənistanın maraqlarını müdafiə etmədiyinə görə tənqid etməsi vəziyyəti daha qəlizləşdirib: “Bununla belə, qeyd etmək lazımdır ki, Ermənistan KTMT-dən çıxmaqla bağlı rəsmi qərar qəbul etməyib”.

“Rusiya uzun müddətdir Qərbin Ermənistana təsir göstərməsindən şübhələnir. Baş nazir Paşinyanın KTMT sammitində iştirak etməmək qərarı səbəbindən Ermənistanla Rusiya arasında gərginliyin daha da artacağı gözlənilir”, - müəllif sonda vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu