4 günlük atəşkəs bu gündən başlayır


İsrail və HƏMAS əsir mübadiləsi ilə bağlı razılığa gəlib.



Qadınlar və uşaqlar da daxil olmaqla İsrailli əsirlər fələstinli əsirlərlə dəyişdiriləcək. Müvəqqəti atəşkəs bu gün səhər saat 9-dan etibarən tətbiq olunacaq.

Qətər Xarici İşlər Nazirliyi atəşkəsin bu səhər saat 09:00-da (Bakı vaxtı ilə) başlayacağını açıqlayıb.

Razılaşmaya əsasən, 13 əsirdən ibarət ilk qrup saat 18:00-da Qəzzadan çıxarılacaq.

Qəzzaya humanitar yardımlar da atəşkəslə başlayacaq. Qətər Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu atəşkəsin daimi olmasının nəzərdə tutulduğu da bildirilib. Razılaşmanın bütün Qəzzanı əhatə edən hərtərəfli atəşkəs olduğu vurğulanıb.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Qəzzadan daha çox girovun azad edilməsinə imkan verəcək yeni razılaşma üçün danışıqları davam etdirməyə ümid etdiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu