Türk professorun koronavirusa qarşı hazırladığı vaksin gələn ay hazır olacaq


“BioNTech” şirkətinin qurucusu və baş direktoru professor Uğur Şahin koronavirusa qarşı peyvəndin gələn ay hazır ola biləcəyini açıqlayıb.



“Report” xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

“Əgər hər şey planlaşdırdığımız kimi gedərsə, ABŞ-dan təcili vəziyyətdə istifadə icazəsini dekabrın ilk yarısı və ya ikinci yarısının əvvəlində ala biləcəyik”, - U.Şahin bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqından lisenziya isə dekabrın ikinci yarısında veriləcək: “Bunların hamısı qarşıya qoyulan tələbləri ödəməyimizə bağlıdır. Əgər nəzərdə tutduğumuz kimi olsa və lisenziyanı alsaq, peyvəndlərin paylanmasına miladdan (dekabrın 25-dən öncə - “Report”) öncə başlaya bilərik”.

Qeyd edək ki, Amerikanın nəhəng farmaseftik şirkətlərindən olan “Pfizer” və Almaniyanın biotexnoloji “BioNTech” firması onların koronavirusa qarşı vaksinin COVID-19 ilə mübarizə üçün üçün 95 % effektiv olduğunu elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu