Azərbaycanda daha 601 nəfərdə koronavirus aşkarlanıb


Azərbaycanda son sutkada koronavirusa 601 yeni yoluxma faktı qeydə alınıb, 1 593 nəfər müalicə olunaraq sağalıb.



Bu barədə AFN-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 19 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 224 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib. Hazırda 13 061 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 368, bu günə qədər isə ümumilikdə 2 267 923 test icra olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu