Şəkidə məclis təşkil edənlər cərimələndi


Şəkidə məclis təşkil edənlər cərimələndi



Şəki Şəhər Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Aşağı Layısqı kənd sakini Mehman Yusifovun xüsusi karantin rejimini pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.



DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəliblər.

Ev sahibi M.Yusifovun 20-dən artıq şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi qaydalarını pozduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin və insanların bir yerə toplaşmasının qarşısı alınıb. Həmçinin, orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.

Məclisi təşkil edən 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimələnib.


Şəkidə məclis təşkil edənlər cərimələndi
Şəkidə məclis təşkil edənlər cərimələndi
Şəkidə məclis təşkil edənlər cərimələndi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu