Azərbaycan Körfəz və Avropa ölkələrinə pomidor ixrac etməyə hazırlaşır


İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə pomidor istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn formatda görüş keçirilib.



Bu barədə AFN-ə nazirlikdən bildirilib.

Məlumata görə, dövlət başçısının tapşırığından irəli gələn məsələlərin həlli məqsədilə AZPROMO və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər şəxslərinin, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə ixracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni prioritet bazarların araşdırılması məsələləri müzakirə edilib.

20-dən çox şirkətin nümayəndəsinin və 40-a yaxın fərdi sahibkarın iştirak etdiyi tədbirdə AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ixracatçılara bu sahədə yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində İqtisadiyyat Nazirliyinin gördüyü işlər və göstəriləcək dəstək mexanizmləri barədə məlumat verib, sahibkarları bu sahənin inkişafı məqsədilə dövlət qurumları ilə sıx əməkdaşlığa dəvət edib. Görüşdə ənənəvi bazarlarla yanaşı, Körfəz və Avropa ölkələrə satışın həyata keçirilməsi istiqamətində işlərin başlandığı bildirilib.

Sonda ölkənin müxtəlif regionlarda pomidor istehsalı sahəsində fəaliyyət göstərən ixracatçıların fikirləri dinlənilib, yeni bazarlara ixrac prosedurları ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu