Saltuk Düzyol: “TANAP ilə Türkiyəyə 8,4 mlrd kubmetr qaz nəql edilib"


Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 8,4 milyard kubmetr həcmində Azərbaycan təbii qazı nəql edilib.

“Report”un məlumatına görə, bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol azərbaycanlı jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, kommersiya qazının nəqlinə başlanılandan, 2018-ci ildən nəql edilən qazın həcmi 2 mlrd kubmetr, sonra 4 mlrd kubmetr təşkil etmişdi. “Bu ildən başlayaraq ixrac edilən qazın həcmi illik 6 mlrd kubmetr layihə gücündə olacaq".

O qeyd edib ki, TANAP-ın 15 illik qaz tranzit müqaviləsi var.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu