Ermənistan dəmir yolları geriləyir


2021-ci ilin birinci rübündə Cənubi Qafqaz Dəmir Yolu Şirkəti 675,9 min ton həcmində yük daşıyıb ki, bu da 2020-ci ilin eyni dövründəki göstəricidən 4,9 faiz azdır.


Cənubi Qafqaz Dəmir Yolu MMC-nin mətbuat xidmətindən verilən məlumata görə, şirkətin əsas fəaliyyət növləri olan yükdaşıma və stansiya haqlarından əldə etdiyi gəlir 9,7 azalıb. Hesabat dövründə mal ixracının həcmində 2020-ci ilin birinci rübü ilə müqayisədə 8 faiz, idxalda isə 33.4 faiz kəsir yaranıb.
Beləliklə, bu ilin birinci rübündə Ermənistan daxilində 77,8 min sərnişin daşınıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10 faiz çoxdur. 2021-ci ildə beynəlxalq nəqliyyatda sərnişindaşıma həyata keçirilməyib.
Qeyd edək ki, Cənubi Qafqaz Dəmir Yolu QSC Rusiya Dəmir Yolları ASC-nin 100 faiz filialıdır və Ermənistan dəmir yollarının konsessiya rəhbərliyini həyata keçirir. Ermənistanın dəmir yolu infrastrukturu 13 fevral 2008-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq 30 il müddətinə CQDY QSC-nin konsessiya idarəçiliyinə verilib. Rusiya və Ermənistan müqaviləni 10 il müddətinə uzatmaq barədə razılığa gəlib.

M.Vahidli, AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu