Bu suallara cavab tapsaq... - Qarlı-şaxtalı havada da həyat asan olacaq


Bakı Şəhər İcra Hakimiyyətinin avtoparkında 50-dən çox qar təmizləmə texnikası var, sürüşkən yollara səpilməsi üçün əlavə olaraq 5 min tondan çox texniki duz alınıb. Görən olubmu?



AFN xəbər verir ki, belə bir mövzunu iqtisadçı alim Qubad İbadoğlu qaldırıb. O qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizləmə İdarəsinin 120 işçisi var: "İdarənin nəzdində 1 ədəd XCMG markalı kürüyücü avtoqreyder, 2 ədəd "Hitachi” markalı yükləyici ekskavator, 1 ədəd kürüyücü-yükləyici CAT 428F markalı avtotraktor, 2 ədəd JAK markalı vakuum tipli avtomaşın, 12 ədəd MAN 18350 markalı qarkürüyücü avtomaşın, 16 ədəd KamAZ 53229 markalı qum-duz səpən və kürüyücü avtomaşın, 8 ədəd MAZ MDK 5337 markalı qum-duz səpən və kürüyücü avtomaşın vardır. Bu qədər texnika olduğu halda nədən küçələrdə əl əməyindən istifadə edilir?
"Azəriqaz” İB, "Azərişıq” ASC, "Azərsu” ASC, "Azəristiliktəchizat" ASC, Bakı Su kanalı İdarəsi, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”, Bakı Nəqliyyat Agentliyi qış mövsümü ilə bağlı tədbirlər planları varmı?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu