“Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943” kitabı “ nəşr olunub


“Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943” kitabı “ nəşr olunub


Aydın Balayevin "Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943” kitabı "Pergament” Yayın Evi tərəfindən nəşr olunub.

Kitab son illərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanıb, ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmiş sənədlər əsasında milli dövlətçiliyimizin banisi Məmməd Əmin Rəsulzadənin 1922-1943-cü illərdə mühacirətdəki fəaliyyətinin tədqiqinə həsr olunub.

Əsərdə M.Ə.Rəsulzadənin həmin dönəmdə Azərbaycan və Qafqaz mühacirəti daxilində gedən proseslərdə iştirakı, onun mühacirətin birliyinə nail olunması istiqamətindəki fəaliyyəti, eləcə də sovet rejiminə qarşı barışmaz və davamlı mücadiləsinin müxtəlif məqamları yeni faktlar əsasında araşdırılaraq, ilk dəfə olaraq Azərbaycan dilində oxuculara təqdim olunur.

Görkəmli diplomat, Cümhuriyyət və mühacirət tariximizinin tanınmış tədqiqatçısı Ramiz Abutalıbovun təşəbbüsü və Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyətinin Federal Şurasının üzvü Şaiq Məmmədovun dəstəyilə nəşr olunan kitabın elmi redaktoru Fransa Sosial Elmlər Ali Məktəbinin əməkdaşı, tarix elmləri doktoru Giorgi Mamulia, rəyçisi isə Egey Universitetinin professor Yavuz Akpınardır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu