“Putin də deyir ki, Paşinyan onun sözlərinə qulaq asmayıb”


“Ermənistan tərəfi ilk gündən mənim sözümə qulaq assaydı, bu dərəcədə alçaldıcı məğlub olmazdı və itkilərin sayı bu qədər olmazdı”.



AFN xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfi Rusiya Prezidenti Vladimir Putinin də sözlərinə qulaq asmadı: “Müharibə zamanı biz Prezident Putinlə həmişə təmasdaydıq. Ermənistan baş naziri ilə müharibədə birbaşa təmasımız olmayıb, nə də indi var.

Amma Prezident Putin vasitəsilə bir-birimizə müxtəlif mesajlar göndərirdik. Putin də bunu deyir ki, Ermənistan baş naziri onun sözlərinə qulaq asmayıb. O məcbur oldu hardasa qaranlıq otaqda kapitulyasiya aktı imzaladı.

Burada hər şey Ermənistan rəhbərliyinin hansı mövqe tutmasından asılıdır. Bizim siyasətimiz aydındır: biz sülhə yönəlmişik. Bizə müharibə lazım deyil, bu, məcburi bir tədbir idi. Bu tədbir çox uzun, 30 il sürən faydasız vasitədən daha səmərəli idi.

Biz hər şeyi diqqətlə izləyəcəyik. Hər şey istədiyimiz kimi getsə, müəyyən bir mərhələdə sülh sazişi də imzalaya bilərik. De-fakto 10 noyabr bəyanatı əslində elə sülh razılaşmasıdır. Bir ölkə o biri ölkənin üzərində qələbə qazanır, bir tərəf kapitulyasiya aktı imzalayır. 10 noyabrda imzalanan sənəd Ermənistanın kapitulyasiyası deməkdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu