Rusiya-Ukrayna müharibəsi: Azərbaycanın yeri hardadır?


Ukrayna və Rusiya arasında müharibə hər an başlana bilər. Tərəflərdən hansının birinci hücuma keçəcəyi ilə bağlı müxtəlif məlumatlar səslənir. Ukrayna mediası Rusiyanın hücuma hazırlaşdığı barədə xəbərlər yaysa da, rəsmi Kiyev hələ qış aylarından Donbası işğaldan azad etmək istədiyini bəyan etmişdi. Son günlər isə Ukrayna hakimiyyəti daha iradəli addımlar ataraq əməliyyatlara Krımdan başlayacağını bildirir.


Zelenski administrasiyanın Rusiyanı Krımda məğlub edəcəyinə dair açıqlamaları daha çox ABŞ-dan aldığı hərbi dəstəkdən qaynaqlanır. Bu səbəbdən müharibə hazırlıqlarını sürətləndirən Ukrayna prezidenti kifayət qədər arxayın görünür. ABŞ, Böyük Britaniya, Türkiyədən hərbi və siyasi dəstək alan Vladimir Zelenski bütövlükdə NATO-nu bu prosesə cəlb etməyə çalışır. Lakin Almaniya və Fransanın bu məsələdə neytral mövqe tutması NATO-nun vahid mövqe sərgiləməsinə əngəl yaradır. ABŞ-ın Avropadakı NATO komandanlığının sabiq rəhbəri, general-leytenant Ben Hoces Ukrayna mediasına açıqlamasında Almaniya və Fransanın mövqeyinin ABŞ-ın Qara dəniz regionu ilə bağlı strategiyası üçün vücib olduğunu deyib. Buna baxmayaraq, ABŞ prezidenti Cozef Baydenin müharibə başlayacağı təqdirdə, Ukrayna ilə bir cəbhədə yer alacağını vəd etməsi rəsmi Kiyevdə kifayət qədər əminlik yaradıb. Artıq ABŞ Ukraynaya minlərlə tank əleyhinə raket, canlı qüvvə, zirehli texnika göndərib. Böyük Britaniya da müharibədə Ukraynaya dəstək verəcəyini bildirib. Bu baxımdan, Rusiya hücum mövqeyində görünsə də, prezident Vladimir Putini çəkindirən güclü amillər var. Ukraynaya hücum etmək Kremlin planlarına daxil olsa da, Putin hakimiyyəti mövcud geosiyasi və hərbi şərtlərin 2014-cü ildən fərqləndiyini nəzərə alır. ABŞ kəşfiyyatının əldə etdiyi məlumata görə, Rusiya Ukraynanı Qara dənizdən təcrid etmək, Mariupol və Berdyanskı işğal etmək niyyətindədir. Bununla da Krıma quru yolu ilə dəhliz açmaq istəyir. Hazırda Rusiya 56-cı hava hücum briqadasını Krıma, Feodosiyaya daşıyır. O, 7-ci hava hücum diviziyasının tərkibinə daxil ediləcək. Uzaq Kamışindən gətirilən 56-cı briqada 2014-cü ildə müharibədə iştirak edib. Rusiya Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilmiş ən yaxşı birləşmələrindən biri sayılır. Lakin Rusiyanı Ukrayna cəbhəsdində çətin, bəlkə də məğlub vəziyyətə sala biləcək silahlar var. Bu, ilk növbədə, Rusiyanın Ukrayna ərazisində hava üstünlüyünə malik ola bilməməsidir. İlk növbədə, Rusiya hərbi təyyarələrinin Ukraynanın hava məkanını pozması açıq təcavüz kimi qiymətləndirilə bilər. İkincisi, ABŞ Ukraynaya NATO-nun arsenalında olan ən müasir texnologiyalı radar sistemləri verib. Bu radarlar Rusiyanın havadan hücum və müdafiə sistemlərini blok etmək imkanına malikdir.

“Bayraktar” Ukraynanın dadına çatacaq

Eyni zamanda, Ukrayna hərbi əməliyyatlar başlayacağı təqdirdə, Türkiyədən aldığı yeni nəsil “Bayraktar TB2” və “Bayraktar Akıncı” zərbə PUA-larından istifadə etməyi planlaşdırır. Nəticədə, Ukraynanın hava məkanında üstünlüyü ələ alması Rusiyanın canlı qüvvəsini, zirehli texnikasını sıradan çıxartmaq imkanı yarada bilər. Kreml ABŞ-ın və NATO-nun Rusiyaya məxsus hava hücumundan müdafiə sistemini sıradan çıxararaq ağıllı silahlarla əsas hərbi obyektlərini məhv etməkdən narahatdır. Bundan başqa, Ukraynanın hərbi arsenalına son illər çoxsaylı “Stuqna”, “Korsar” kimi idarə olunan raketlər daxil olub. Eləcə də, ABŞ Ukraynanı tank əleyhinə “Javelin” raketləri ilə tam təmin edib. Bu isə Rusiyanın Ukrayna ilə sərhəddə topladığı minlərlə tankın məhv edilməsi üçün yetərlidir. Artıq Avropadakı ABŞ qoşunları ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Aprelin sonu-mayın əvvəlində Kalininqrad və Krım ətrafında NATO-nun 32 min nəfərə qədər əsgəri qüvvəsi hərbi təlimlərə balayacaq. Təbii ki, Rusiya da buna reaksiyasız qalmayacaq.

Rusiyaya kiçik də olsa qələbə lazımdır

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisinin sabiq müavini, general-leytenant İqor Romanenko bildirib ki, Rusiyada sentyabr ayında keçiriləcək parlament seçkilərinə qədər prezident Putinə kiçik, lakin qələbə ilə başa çatan müharibə lazımdır. Uzun və qanlı müharibə Putinə lazım deyil. Təbii ki, bu addım Putinə reytinqini artırmaq və seçkiləri qazanmaq üçün lazımdır. Əks təqdirdə, sosial və siyasi etirazların artdığı Rusiyada hakimiyyət ciddi problemlərlə üzləşə bilər. Ancaq indiki situasiyada müharibə aparmaq Putin üçün heç də asan deyil. Çünki bu, NATO ilə açıq hərbi qarşıdurmaya gətirib çıxara bilər. Ukrayna prezidenti bu dəstəyə tam təminat almaq üçün artıq səfərlər başlayıb. Bu, Vladimir Zelenskiyə həm hərbi, həm də diplomatik müstəvidə mövqelərini gücləndirmək üçün lazımdır. Prezident Zelenskinin aprelin 8-9-da Britaniyaya, aprelin 10-da isə Türkiyəyə səfəri planlaşdırılır. Məqsəd eskalasiya zamanı hər iki hərbi müttəfiqin dəstəyini almaqdır. Zelenski Almaniya və Fransanın da Rusiyaya qarşı təzyiqlərinə nail olmaq üçün vasitə axtarır və çox güman ki, hər iki səfər çərçivəsində bu məsələ müzakirə olunacaq. Eyni zamanda, Ukraynanın Fransadan müasir “Rafale” qırıcılarını almaq qərarı yalnız hərbi üstünlüyünü təmin etməyə hesablanmayıb. Böyük ehtimalla, bu addım Fransanın hərbi və diplomatik dəstəyini almağa xidmət edir. Türkiyənin bu prosesdə Ukraynanın mövqeyini müdafiə etməsi Rusiyanı kifayət qədər narazı salır. Ona görə də Türkiyə Ukrayna müharibəsində rəsmi Kiyevi dəstəkləyərsə, Rusiyanın Ankaraya qarşı əlavə təzyiq kartlarından istifadə edəcəyi proqnozlaşdırılır. Müşahidəçilərin fikrincə, Rusiya da Suriyanın İdlib bölgəsində hərbi əməliyyatları bərpa etməklə Ankaraya cavab verməyə çalışacaq. Bu baxımdan, İdlib məsələsi Rusiya üçün Ukrayna münaqişəsinə qarşı siyasi bazarlıq vasitəsidir. Lakin Rusiya son zamanlar Türkiyəyə qarşı yeni bir təzyiq predmeti də əldə edib. Bu da Rusiyanın Qarabağda son zamanlar əldə etdiyi geosiyasi üstünlükdür. Azərbaycan müharibədə qalib gəlsə də, Rusiya Dağlıq Qarabağdakı ermənilərin vasitəsilə bölgədə münaqişəni yenidən alovlandırmağa çalışa bilər. Ancaq Rusiyanın Ukrayna, Suriya və Qarabağda, yəni eyni vaxtda bir neçə cəbhədə savaşmaq imkanları da yoxdur. Türkiyə istənilən halda Ukrayna ətrafında cərəyan edən hadisələrdən kənarda qala bilməz. Çünki Ukraynada baş verənlər yalnız Donbasın və ya Krımın işğaldan azad edilməsi məqsədi daşımır. Bayden administrasiyası Qara dəniz regionunu ABŞ-ın strateji maraq dairəsi elan edib. Ona görə də Qara dəniz hövzəsinə nəzarət uğrunda ABŞ başda olmaqla NATO və Rusiya arasında ciddi geosiyasi rəqabət başlanır. NATO-nun bu il Brüsseldə keçiriləcək sammitində Gürcüstanın alyansa üzv qəbul olunacağı gözlənilir. Bu baxımdan, Türkiyə Qara dəniz dövləti olaraq, proseslərə müşahidəçi qala bilməz. Hətta getdikcə gərginləşən vəziyyət yalnız Qara dəniz ölkələrinə deyil, həmçinin Cənubi Qafqazdakı geosiyasi duruma təsirsiz ötüşməyəcək.

Ukrayna Azərbaycana dəstək verib...

Göründüyü kimi, Ukrayna müharibəsi yaxın perspektivdə dünyanı yenidən iki siyasi qütbə bölə bilər. Ona görə də Azərbaycanın bu soyuq müharibədə hansı mövqe tutmalı olduğu müzakirə mövzusuna çevrilib. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Ukrayna Azərbaycana birmənalı siyasi dəstək verib. Hətta prezident Zelenski Ukraynanın işğaldan azad edilməsi qərarına Azərbaycanın Qarabağdakı zəfərindən ilhamlanaraq gəldiyini deyir. Bu günlərdə Zelenskinin yumruq göstərərək bunu Putinin başına endirəcəyini söyləməsi siyasi rezonansa səbəb olub. Zelenski bu yumruğu Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri Nikol Paşinyana göstərdiyi dəmir yumruqla müqayisə edib. Əslində, bu, Rusiyaya xəbərdarlıq mesajı olmaqla yanaşı, həm də Azərbaycanın qələbəsinə dəstək jestidir. Zelenski Ermənistanın Qarabağdakı məğlubiyyətini Rusiyanın timsalında Donbasda və Krımda təkrarlayacağını vəd edir. Təbii ki, söhbət müharibə başlayacağı təqdirdə, Azərbaycanın Ukraynaya hərbi deyil, mənəvi və diplomatik dəstəyinin nümayiş etdirilməsindən gedir. Azərbaycan döyüş meydanında Rusiyaya qarşı yer almayacaq. Ancaq Ukraynann ərazi bütövlüyünə siyasi dəstək verilməsi Azərbaycan üçün çox mühümdür. Çünki Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanmayıb. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımır. Rəsmi Bakı münaqişənin arxada qaldığını bəyan etsə də, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməyib. Dağlıq Qarabağda separatçı rejimin başçılığı ilə terrorçu dəstələr fəaliyyət göstərir. Belə olan halda ərazisində Rusiya tərəfindən dondurulmuş münaqişələr o yaradılmış Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova bir-birinin ərazi bütövlüyünün müdafiəsinə dəstək verməlidir. Əks halda, bu gün Donbasın, Krımın işğaldan azad edilməsi üçün Ukraynanın yanında yer alan nüfuzlu Qərb dövlətləri gələcəkdə Azərbaycanı Rusiyanın təhdidlərindən müdaifə etməyə bilər. Yəni ABŞ, Avropa və digər ölkələr bütün münaqişələrdə əsl təcavüzkarın Rusiya olduğunu görməlidir. Belə olarsa, Ukraynaya göstərilən dəstək hərbi müstəvidə olmasa da, diplomatik masada Azərbaycana göstərilə bilər. Artıq bu hərbi-siyasi əməkdaşlıq platformasını yaratmaq üçün baza da formalaşıb. ABŞ yaxın və orta müddətli perspektivdə Qara dəniz regionunda “NATO+4” formatını yaratmaq üzərində işləyir. Bu əməkdaşlıq formatı Gürcüstan, Ukrayna və Moldovanın NATO-ya inteqrasiyasını nəzərdə tutur. Dördüncü ölkə isə Rumıniyadır. Gürcüstanın NATO-ya daxil olmasına dair Buxarest sammitinin qərarının yerinə yetirilməsindən sonra Rumıniyanın liderliyi ilə dördtərəfli hərbi platformanın təşkili gözlənilir.
Diqqət yetirsək, GUAM-ın bazasında yaradılacaq bu formatdan kənarda qalan yeganə ölkə Azərbaycandır. Ancaq regionda formalaşan yeni geosiyasi şərait Azərbaycana neytral mövqe tutmaq imkanı vermir. Çünki Gürcüstanın NATO-ya daxil olması ilə yanaşı, ABŞ-ın Ukraynada, o cümlədən Krımda hərbi bazasının yaradılması nəzərdə tutulub. Yəni Ukrayanaya daxil olan ABŞ qoşunları oranı tərk etməyəcək. Nəticədə, Qara dəniz regionunda Rumıniyadan Gürcüstan-Azərbaycan sərhəddinə qədər uzanan və Türkiyənin də daxil olduğu NATO-nun geostrateji zolağı əmələ gələcək. Bu NATO-nun cənub-şərq cinahını gücləndirməklə yanaşı, həm Yaxın və Orta Şərqə, həm də Cənubi Qafqaza çıxış imkanlarını artıracaq. Ona görə də Azərbaycan Rusiya və NATO arasında vacib geostrateji mövqeyə malik ölkəyə çevriləcək. Eyni zamanda, NATO-nun planlarında Azərbaycan Mərkəzi Asiyaya çıxış üçün tranzit qapısıdır. Azərbaycan İranla Rusiya arasında quru əlaqəsi olan yeganə dövlət olduğundan bu bölgədə rəqabətin yüksələn xətt üzrə gedəcəyini söyləmək olar. Beləliklə, Ukraynada başlana biləcək müharibə və ABŞ-ın yeni Qara dəniz strategiyası yalnız regionda hərbi qüvvələr nisbətini deyil, diplomatik balansı də dəyişmək imkanı yaradacaq. Azərbaycanın hansı tərəfdə yer alacağını isə zaman göstərəcək.

M.Vahidli, AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45