ABŞ müsadirə etdiyi İrana məxsus silah və sursatları Ukraynaya göndərib


ABŞ Mərkəzi Komandanlığı Yəmənə gedən gəmilərdən ələ keçirilən İrana məxsus silah və sursatlarının Ukraynaya göndərildiyini açıqlayıb.



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ukraynaya hərbi yardımla bağlı açıqlama verib. Açıqlamada 22 may 2021-ci il 15 fevral 2023 tarixləri arasında ABŞ Mərkəzi Komandanlığı və müştərək dəniz qüvvələri tərəfindən 4 ayrı tranzit gəmidə İrana məxsus 5 mindən çox AK-47 piyada tüfəngi, pulemyot, snayper tüfəngi, RPG-7 tank əleyhinə silah ələ keçirdiyi qeyd edilib. Bildirilib ki, aprelin 4-də Ukrayna silahlı qüvvələrinə 500 mindən çox 7,62 mm-lik güllə göndərilib.

Bəyanatda sursat miqdarının bir briqadanın gücləndirilməsi üçün kifayət edəcəyi və bu silahların Ukraynanın Rusiyaya qarşı müdafiəsinə kömək edəcəyi vurğulanıb. Açıqlamada sözügedən sursatın BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olaraq İran İnqilab Keşikçiləri tərəfindən Yəməndə husilərə təhvil verilərkən CENTCOM tərəfindən ələ keçirildiyi qeyd edilib.

Bəyanatda bildirilib ki, İranın silahlı qruplaşmalara dəstəyi qlobal və regional təhlükəsizliyə, onun hərbi qüvvələrinə, diplomatik personalına və region xalqlarının təhlükəsizliyinə, eləcə də ABŞ tərəfdaşlarının təhlükəsizliyinə təhdiddir və İranın sabitliyi pozan fəaliyyətlərini aşkara çıxarmaq və dayandırmaq üçün mümkün olan hər şeyi etməyə davam edəcəkləri əlavə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu