Dünyanın ən güclü pasportları açıqlanıb


Vizasız səyahət edilə bilən ölkələrin sayına görə, dünyanın ən dəyərli pasportları müəyyənləşib.


AFN-in xəbərinə görə, Yaponiya 193 ölkəyə vizasız səyahət ilə birinci, ikinci sırada Sinqapur (192), üçüncü sırada Almaniya və Cənubi Koreya (191), dördüncü sırada isə İtaliya, İspaniya, Finlandiya və Lüksemburq (190) qərarlaşdığı müşahidə edildi. Digər tərəfdən, Türkiyə siyahıda 52-ci, vizasız səyahət edə biləcəyi ölkələrin sayı isə 111 oldu. Tədqiqat orijinal pasport sıralamasından ibarət olsa da, 199 fərqli pasport və 227 fərqli səyahət yerini əhatə edib. Siyahıda sonuncu ölkə 26 ölkəyə vizasız səyahət edən Əfqanıstandır.

“Ajans Press”, pasportlarla əlaqədar mətbuatda əks olunan xəbər sayını da araşdırıb. Rəqəmsal mətbuat arxivindən tərtib edilən məlumata görə, pasportlarla əlaqəli 10 min 728 xəbərin 2020-ci ildən bəri mətbuatda əks olunduğu müəyyənləşib. İlin sonunda pasport ödənişlərindəki artımlar daha çox pasport xəbərlərinə daxil olduğu halda, "qızıl pasport" xəbərləri Türkiyədə də geniş yer alıb. Türkiyədən Azərbaycana yalnız şəxsiyyət vəsiqələri ilə səyahət edilməsi son zamanların ən çox danışılan mövzularından biri olub.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu