İspaniya Kosovonun pasportunu tanıyıb


Kosovo Baş nazirinin Avropaya inteqrasiya, inkişaf və dialoq üzrə birinci müavini Besnik Bislimi İspaniyanın Kosovo Respublikasının pasportunu tanıdığını açıqlayıb.


AFN.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Bislimi, İspaniyanın Kosovo vətəndaşlarının vizasız səyahət edə biləcəyi Şengen bölgəsindəki ölkələrinə qoşulduğunu qeyd edərək deyib: "Avropa İttifaqı (Aİ) Komissiyasının İmmiqrasiya və Daxili İşlər Baş İdarəsi (DG Home) İspaniyanın artıq bu ölkəni tanıdığını açıqladı. Beləliklə, biz indi bu ölkəyə vizasız gedə bilərik”.

Bislimi, yaxın vaxtlarda Kosovo vətəndaşlarına müsbət təsir edəcək başqa bir müjdə verəcəklərini vurğulayıb.

Yanvarın 1-dən etibarən Kosovo vətəndaşları Şengen zonasına 180 günlük müddət ərzində 90 günə qədər vizasız gedə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu