Aİ: Serbiyanın Kosovo sərhədində hərbi güclənməsi dərhal dayandırılmalıdır


Avropa İttifaqı (Aİ) Serbiyanın Kosovo sərhədində hərbi birləşməsinin çox narahatlıq doğurduğunu bəyan edib və bunun dərhal dayandırılmasını istəyib.


Aİ Komissiyasının sözçüsü Peter Stano mətbuat konfransında Serbiyanın Kosovo sərhədində hərbi güclənməsi ilə bağlı sualı cavablandırıb.

Birinci və ən vacib prioritetin gərginliyin azaldılması və təhlükəsizlik vəziyyətinin sabitləşdirilməsi olduğunu vurğulayan Stano Aİ-nin ABŞ və digər aktorlarla sıx əlaqədə olduğunu deyib: "Biz qeyd etmişdik ki, Serbiyanın Kosovo ilə inzibati sərhəd xəttində hərbi birlik inşa edir. Bu, çox narahatedici haldır və dərhal dayandırılmalıdır".

ABŞ Serbiyanın sentyabrın 29-da Kosovo sərhədində "görünməmiş" hərbi güc yığdığını bəyan edib və Belqrad administrasiyasını qüvvələrini geri çəkməyə çağırıb.

Kosovo həmçinin sentyabrın 30-da Serbiyanın üç fərqli istiqamətdən qoşunlarını Kosovo sərhəd xəttinə yaxınlaşdırdığını və Belqrad rəhbərliyindən bütün hərbi hissələrini Kosovo sərhədindən dərhal geri çəkməsini tələb etdiklərini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu