“Təmiz dünya” yeni layihənin icrasına başlayır


“Təmiz dünya” yeni layihənin icrasına başlayır


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Daxili İşlər Nazirliyi ilə birgə 2020-ci ilin 1-ci qrant müsabiqəsinin qalibi olduğu layihənin icrasına başlayır.



Cebhe.info xəbər verir ki, layinənin müddəti 2 aydır Layihə Bakı şəhərində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Qadın və uşaq sığınma evində” icra ediləcək.

İnsan alverinin qurbanları və potensial insan alveri qurbanları üçün sığınacağın fəaliyyətinin gücləndirilməsi üzrə layihədən 30 nəfərin reabilitasiya və reinteqrasiya nəzərdə tutulur. Bura hüquqi, psixoloji, tibbi, əmək fəalyyəti, qida, geyim, dərman perepratları ilə təmini, uşaqlarının geyimləri, qidası, təhsil və sağlamlıq problemlərinin həlli daxildir.

Layihə çərçivəsində sakinlərə müxtəlif mövzular üzrə könüllü 9 seminarın keçirilməsi də nəzərə alınıb.

Hazırda lahiyə ilə bağlı DİN-in İAQMBİ-nin rəisi, polis general-mayoru Həzi Aslanov, Səhiyyə naziri Oktay Şirəliyev, Təhsil naziri Ceyhun Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın Və Uşaq Problemlərı Üzrə Dövlət Komıtəsının sədrı Bahar Muradova,Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva rəsmi məlumatlandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu