Bakıda taksi sürücüsü müştərini döyərək qarət etdi


 Bakıda taksi sürücüsü müştərini döyərək qarət etdi


Bakıda taksidə müştəri qarət edilib.

AFN trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü R.Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək, mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu