Azərbaycan Ordusunun Qarabağdakı uğurları dünya mediasında


Azərbaycanın öz torpaqlarını Ermənistan işgalından qurtarmaq üçün başlatdığı anti-terror hərəkatı dünya mediasının gündəmindədir.




Qaynarinfoxəbər verir ki, bu haqda xəbəri TRT Haber kanalı yayımlayıb.

Qətər mərkəzli Al Jazeera Qarabağdakı texnoloji üstünlüyün Azərbaycanda olduğunu yazıb.

Robin Forestier-Walkerin yazdığı məqalədə Türk PUA-larının Suriya və Liviyadan sonra Qarabağda fəal şəkildə istifadə edildiyi vurğulanıb.

Türk PUA-larını təqdim edərkən bu tip aparatların döyüşlərdə həlledici təsiri olduğu bildirilib.

Məqalədə fikirlərinə yer verilən London Universitetindən Rob Lee Bayraktar TB2-nin hədəf müdafiə sistemlərini məhv etdiyini bildirib. "TB2-lər hədəfi vurmaq üçün hədəfin başı üstündə məqam gözləyirlər", - Lee deyib, İrəvanın TB2-lər qarşısında aciz olduğunu, buna görə də pilotsuz aparatların hədəflərini vurmağa davam edəcəyini əlavə edib.

Lee bildirib ki, ötən illərdə Ermənistanın müdafiəsi zəifləyib, iqtisadi cəhətdən güclü Azərbaycan isə Türkiyə, Rusiya və İsraildən silah almaqla müdafiəni gücləndirib. Rob Lee Rusiyadan Ermənistana edilən silah yardımına da toxunub.

Leeyə görə, Rusiya 2016-cı ildə güc nisbətinin Azərbaycanın xeyrinə dəyişdiyini başa düşüb və bunu tarazlaşdırmaq üçün Ermənistana silah verməyə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu