Əliyevin başı, Paşinyanın portfeli, Putinin protokol pozuntusu... - Rusiya mətbuatı


Rusiya prezidenti Vladimir Putinlə görüşdən əvvəl hər kəs karantində olmalıdır. Amma Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş fərqli oldu. Putin hətta sadəcə əl görüşməklə kifayətlənmədi və qonaqları qucaqlayaraq qarşıladı.



Bu barədə müşahidələrini Rusiyanın "Kommersant" qəzetinin əməkdaşı Andrey Kolesnikov yazıb.

"Qonaqlar Rusiya prezidentinin əlini sıxdılar, amma bir-birləri ilə əl tutub görüşmədilər. Bu, yəqin ki, lap ağ olardı",- deyə müəllif yazır.

Onun fikrincə, V.Putin protokoldan kənara çıxıb və bu davranış qonaqlar üçün gözlənlməz olsa da, onlar buna qarşılıq veriblər: "İlham Əliyev Rusiya prezidenti ilə əvvəlcə uzaqdan əlini uzadaraq görüşdü. Amma görünür, Əliyev Rusiyalı həmkarının protokol qonaqpərvərliyinin hüdudlarını təsəvvür etmirmiş. Bundan sonra Putinin ona tərəf əyildiyini görüncə, Əliyev də entuziazmla qarşılıq verdi və qucaqlaşdılar. Eyni prosedur Paşinyanla da baş verdi".

Müəllif yazır ki, Azərbaycan dövlət başçısı Paşinyanı kabinetdə görməyirmiş kimi bir davranış sərgiləməyib, ürəklə başını yırğalayaraq Paşinyanı salamlayıb və o da nümayişkaranə şəkildə olmasa da, sanki öz-özünə başını yırğalayırmış kimi Əliyevin salamını alıb.



İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan
"Onlar mümkün qədər məsafəli (yəqin ki, bu, sosial məsafə ilə bağlı deyildi) şəkildə oturandan sonra cənab Paşinyanın portfelini gətrdilər. O hələ Putin danışmağa başlamadan həyəcanla portfeldən kağız-kuğuz çıxarmağa başladı. Yəqin Paşinyan bilmirdi ki, Putinin salamlama çıxışından sonra onlar başqa bir otağa keçəcəklər, ona görə də kağızları təzədən portfelə yığıb orada yenidən çıxarmaq lazım gələcək".

Daha sonra müəllif İlham Əliyevin davranışına diqqət çəkib: "Əliyevə heç bir kağız lazım deyildi. Həmişəki kimi lazım olanların hamısı onun başında idi. Qarabağda geri aldığı ərazilərin siyahısını yadda saxlaya bilməyəcəkmi? Məlum səbəblərdən onun üçün bundan daha əhəmiyyətli heç nə ola bilməzdi. Əliyev üçün danışıqların da məqsədi öz qələbəsini əsaslı şəkildə möhkəmləndirməkdən ibarət idi".

İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan
Müəllif görüşün nəticələrinin Azərbaycan üçün daha uğurlu olduğunu yazıb. Onun fikrincə, Paşinyan əvvəlcə imzalamayacağını dediyi sənədi imzaladı. Məsələ ondadır ki, görüşdən əvvəl Paşinyan bildirmişdi ki, əsirlər qaytarılmayınca kommunikasiyalardan söhbət gedə bilməz. Amma görüşün yekununda kommunikasiyaların açılması barədə sənədi imzaladı və özü də açıqlama verdi ki, "əsirlərlə bağlı məsələ həllini tapmadı".(Bizimyol.info)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu