Sən kimsən imtahanı ləğv edirsən? - təhsil ekspertindən qalmaqallı kollec direktoruna ETİRAZ


Son vaxtlar bəzi məktəb direktorları qeydi-adi davranışları ilə gündəmə gəlirlər. Sonuncu belə hadisə haqda sosial şəbəkələrdə video yayılıb. Hadisə Bakı Humanitar Kollecin tələbələrinin imtahanı zamanı baş verib. Belə ki, direktor Nərmin Qaralova onlayın imtahan zamanı sinif nümayəndəsinin növbədənkənar imtahana qatılmasına özünəməxsus şəkildə etiraz edib. O, olduqca aqressiv formada sinif nümayəndəsinin imtahandan çıxmasını tələb edərək “bizə şamtutan lazım deyil” deyə bir ifadə işlədib.



Həmin ifadənin narazılıqla qarşılandığını görən N.Qaralova məsələyə belə şərh verib: "Mən heç bir tələbəni təhqir etməmişəm və indiyə qədər heç bir kəsin ünvanına artıq ifadə işlətməmişəm. Çünki buna mənim tərbiyəm yol vermir. Çox təəssüf edirəm ki, ifadə etdiyim o sözün ölkəmizdə yayılmış mənasını bu yaşımda öyrənirəm. Çünki mən o ifadəni tamam başqa mənada bilirəm. Axı, həmin sözün başqa mənası da var. Ona görə də o ifadədən təhqir kimi istifadə etməmişəm. Qədim Yunanıstanda filosofolar, pedoqoqlar tələbələrə dərs keçən zaman məkanın işıqlandırılması üçün orada tələbələrdən biri şam yandırıb tuturmuş. Bu, elektrik enerjisinin olmadığı bir zamanda qədim Yunanıstanda bir ənənə olub. Bu prosesdə dərs keçirilən məkanın işıqlandırılması üçün əlində şam tutan tələbənin ən əsas etibarlı olması vacib olub. Mən də o ifadədən bu mənada istifadə etmişəm. Ona görə də sinif nümayəndəsinə ehtiyac olmadığını, tələbələrin üç nəfərdən ibarət olmaqla imtahana girmələrini, burada hansısa şahidə və etibarlı şəxsə ehtiyac olmadığını bildirmişəm. Çünki burada müəllim, assistent, tədris şöbəsinin müdiri var. Ona görə də əlavə şəxsə ehtiyac yoxdur”.
Qeyd edək ki, yayılmış videoya ictimaiyyətin münasibəti birmənalı deyil. Təhsil eksperti Kamran Əsədov AFN-ə açıqlamasında bildirdi ki, ümumiyyət, kolleclər Azərbaycan təhsilinin altıncı barmağıdır, eybəcərdir və lazımsızdır: “Orada heç bir yoxlama həyata keçirilmir. Rüşvət, özbaşınalıq, təlim-tərbiyə bərbad vəziyyətdədir. Ölkədəki kollecləri bağlamaq lazımdır. Onsuz da oranın məzunları əmək bazarında iş tapa bilmirlər. Oradakı tələbələr qohum- qonşu yanında utandıqlarından, ali məktəblərə girə bilmədikləri üçün kolleclərə gedirlər. Ona görə kolleclərə gedirlər ki, bir çox kolleclər ali məktəbin nəzdindədir. Demirlər ki, filan kollecdə oxuyuram, deyirlər universitetdə oxuyuram. İkincisi, orada çalışan işçilər heç bir yoxlamaya cəlb edilməyib. İşçilərin bilik və bacarıqları, təhsilləri yoxlanılmayıb. Ümumiyyətlə, semestr vaxtı bizim kolleclərdə ən iyrənc hadisələr verir”.
Ekspertin fikrincə, adıçəkilən kollecin rəhbərinin belə bir ifadəni işlətməsi birbaşa bunun bariz nümunəsidir: “Bizdə onlarla belə materiallar var. Absurd ifadələr, yanaşma, idarəetmə, maddi-texniki bazanın bərbad vəziyyətdə olması, imtahanların yalnız pulla yazılması, tədrisin aşağı keyfiyyətli olması göz qabağındadır. Təhsil Nazirliyi mütləq şəkildə kolleclərlə bağlı həyəcan siqnalı çalmalıdır. Müəllim adına yaraşmayan, təkcə ifadəsi yox, davranışının özü belə müəllimin etik davranış qaydalarına uyğun deyil. Onun işlətdiyi sözü kənara qoyaq, yaxşı mənasını bilmədin, bir necə müəllim hökm verə bilər ki, mən imtahanı ləğv edərəm? Sən kimsən imtahanı ləğv edirsən, sənə kim bu səlahiyyəti verib? Hazırda kolleclərdə vəziyyət acınacaqlıdır, özbaşınalıqdır. Direktor, şöbə müdirləri istənilən kimi at oynadırlar, gənclərin həyatı ilə oynayırlar. Kolleclərdə vəziyyət ürəkaçan deyil. Yaxşı ki, həmin tələbə, valideyn bu hadisəni ictimailəşdirib. Ümumiyyətlə, orta ixtisas təhsili müəssisələrində, kolleclərdə vəziyyət bərbaddır”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45