Koronavirusun “1 yaşı”: Fürsətdən istifadə edib dərmanların qiymətini qaldırdılar-Vahid Əhmədov


Dünyanı öz təsiri altına alan COVİD-19 pandemiyası insanların sağlamlığı ilə yanaşı, iqtisadiyyata da öz təsirini göstərdi. Qlobal iqtisadiyyat çox fərqli bir böhranla qarşı-qarşıya gəldi. Karantin və sosial izolyasiyanın tətbiqi ilə bağlı iqtisadi həyat dayandı. Pandemiyanın yaşandığı ölkələr bu böhranın təsirlərini minimim səviyyədə saxlamaq üçün sektorlara və aşağı gəlirli ailələrə trilyonlarla dollar məbləğində vəsait ödədilər. Qlobal miqyasda açıqlanan iqtisadi paketlərin ümumi dəyəri 8 trilyon dollar təşkil edib. Pandemiya ölkəmizdən də yan keçmədi və koronovirusun qeydə alınmasının 1 ili tamam olur. Ötən müddət ərzində pandemiya Azərbaycan iqtisadiyyatına necə təsir göstərib?



Millət vəkili Vahid Əhmədov AFN-ə açıqlamasında bildirdi ki, ümumiyyətlə pandemiyanın bütün dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına təsiri olub: "Çünki bir il ərzində kifayət qədər iş yerləri bağlanıb, məhsul istehsalı, qeyri-neft-feft sektorunda, xidmət sahələrində faktiki olaraq azalma olub. Bütün bunlar hamısı ölkə iqtisadiyyatına öz təsirini göstərib. Düzdür, koronavirusla bağlı müəyyən qədər azalma olsa da, son günlər artımlar müşahidə olunur. İnsanlar başa düşməlidir ki, bu virisdan ilk növbədə özləri qorunmalıdırlar, onlar Operativ Qərargahın qoyduğu qaydalara əməl etməlidirlər. Əks təqdirdə, artım olarsa, əvvəlki vəziyyət yarana bilər. Bunun qarşısını almağın yolları maska taxmaq, spirtdən istifadə etmək, məsafə saxlamaq və s.-dir. Bu qaydalara əməl etmədikdə yaranan problemlə bağlı iş yerləri bağlanır, təsərrüfat sahələri işləmir, insanlar müəyyən qədər məvacibsiz qalırlar, ümimi pul dövriyyəsi azalır, ticarətdə problemlər yaranır. Bu məsələ elədir ki, pandemiya bitənədək müəyyən problemlər yaşanacaq. Hətta nə qədər davam edəcəyini demək çətindir, ancaq Azərbaycan iqtisadiyyatına çox ciddi təsir göstərib".

Pandemiyadan ən çox zərər çəkən sahələrə gəldikdə isə millət vəkilinin sözlərinə görə, bu, əsasən xidmət sahələri olub: "Ümumiyyətlə, faktiki olaraq işləməyən nəqliyat, restoran, kafe və digər sahələrdir ki, ciddi problem yaranıb. Hətta rəhbərlər işçilərin maaşını ödəmək üçün vəsait tapa bilmirdilər. Düzdür, dövlət, İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən yardımlar edildi, lakin bu kifayət qədər olmayıb. Mən hesab edirəm ki, ümumiyyətlə bütün sahələrə, xüsusilə də qeyd etdiyim və nəqliyyat sahələrinə daha çox ziyan dəyib".
Bəs pandemiyadan qazanclı çıxan sahələr varmı? - sualına gəldiksə isə millət vəkili bildirdi ki, pandemiyadan qazanclı çıxan sahələrlə bağlı insan utanır bu barədə danışmağa: "Ancaq pandemiyanın bu vəziyyətindən istifadə edən insanlar dərmanların qiymətini qaldırıblar və s. Bu, birbaşa insanların səhhəti ilə bağlıdır və hesab edirəm ki, ondan gəlir götürmək bizə yaraşmayan hərəkətlərdir".
V.Əhmədovun fikrincə, əgər insanlar özlərini qoruyacaqsa pandemiyaya yoluxan insanların sayı azalacaq, yoxsa hökumət, qərargah müəyyən addımlar atacaq: "Məktəbləri açdılar, şagirdlər dərsə əyani getməyə başladı, məktəblərin bir neçəsi bağlanıb, koronovirus çoxalıb. İnsanlar başa düşməlidir, bu böyük bir bəladır və hələ qurtarmayıb. Digər Avropa dövlətlərində vəziyyət daha da gərgindir və qaydaları daha da sərtləşdiriblər. Bizdə daha çox artım baş verərsə yəqin Operativ Qərargah daha ciddi qərarlar qəbul edəcək".

İqtisadiyyata dəyən zərərlə bağlı statistikaya gəldikdə isə millət vəkili qeyd etdi ki, nəzər salsaq 2020-ci ildə ÜDM-də azalma 4 faizdən artıq olub: "Biz gözləyirdik ki, 1-2 faiz artım olar. Bununla yanaşı, Vətən Müharibəsində qələbəni əldə etdik, torpaqlarımızı azad etdik,ərazi bütövlüyümüzü bərpa etdik, lakin kifayət qədər vəsait də sərf elədik. İndi Qarabağda bərpa işləri gedəcək. Bu gün iqtisadiyyatın əsas sahələri dedikdə, nəqliyyat sahələri az -az işləməyə başlayıb, metro işləmir və s. İnsanlar toy, nişan keçirə bilmirlər, az da olsa onlara icazə vermək lazımdır. Ancaq əsas odur ki, artım olmasın, əks təqdirdə problem daha da qalxacaq".

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu