Yoluxma yenidən artır: rəqəmlər gerçəkdir, yoxsa saxta?-AÇIQLAMA


Bugünkü koronovirusa infeksiyasına yoluxma sayında yenə artım müşahidə edilib. Belə ki, açıqlanan statistikaya görə, 175 nəfər sağalıb, 365 nəfər yeni yoluxma sayı qeydə alınıb, 3 nəfər isə vəfat edib. Beləliklə, artan dinamika nəticəsində yoluxanların sayı sağalanlardan çox olub. Müzakirələrdə yoluxmanın artmasını real hesab etməyənlər var. Bəzi müşahidəçilər hesab edirlər ki, artımı göstərən rəqəmlər saxtadır və bu, qarşıdan gələn bayram günlərilə əlaqəlidir. Bu, doğrudanmı belədir, yoxsa gerçəkdən koronavirus yenidən geniş yayılmağa başlayıb?


Tibb üzrə ekspert Rasif Bağırov AFN-ə açıqlamasında bildirdi ki, yoluxmanın artım səbəbini aydın görmək olar: “Son vaxtlar koronovirusa yoluxmalarla bağlı azalma müşahidə edilməyə başladı, əhali də belə bir fikir yarandı ki, artıq artım yoxdur. Nəticədə maskadan istifadə halları zəifləməyə başladı. İstifadə etsələr də, nəzərdə tutulmuş qaydalara ciddi şəkildə əməl etmirdilər. İndi artıq bu artımı görmək olur. Lakin yoluxmanın yaranma prosesi əvvəlki, klassik korona formasında deyil, elə bil ki, mutasiya formasında, başqa bir variantda gedir. Fakt odur yoluxma sayındaa yavaş-yavaş artım gedir”.



Ekspertin fikrincə, bu artımın digər səbəbləri də var: “Belə ki, əslində metronun açılması mütləq lazımdır. Əksinə, hazırda virus daha da yayılır. Sərnişin daşınmasında seyrəklik yaranmalıdır ki, insanlar daha çox yoluxmasınlar. Yoxsa bu gün marşrut avtobuslarda mövcud basabas vəziyyətində daha çox yayılacaq”.

Vaksinlərdən istifadəyə gəldikdə isə ekspert deyir ki, vaksinlərin vurulması yaxşıdır: “Vaksin təhlükəli olsaydı, dünya ölkələri istifadə etməzdilər. Həmçinin vaksindən istifadə nə qədər sürətlə getsə, o qədər yaxşıdır. Sadəcə əhali arasında əsassız şübhələr olur, insanlar vaksin vurdurmaq istəmir, nəticədə isə problemlər ortaya çıxır. Bu, əsasən immun sistemi xəstəliyi olan xəstələrdə problem yarada bilər, bu da hələ dəqiq bilinmir, ehtimal var ki, problem yarana bilər. İmmun sistemi xəstəlikləri çox ciddi xəsətəliklərdir və baxan kimi anlamaq mümkündür”.

Ekspertin fikrincə, əgər əhali arasında maska ilə bağlı məsələyə çox ciddi şəkildə əməl olunsa və nəqliyyatdakı mövcud sıxlıq aradan götürlüsə yoluxmada azalmanı görmək olar: “Dünyada sürətlə vaksinasiya gedir və tamamilə qabağını alacaqlar. Bəzi ölkələrdə kiçik bir hadisə böyük görünür. Son vaxtlar televiziyalarda xaricdə ölümlə bağlı heç bir informasiya verilmir. Biz öz qayğımıza qalmalı, qaydalara əməl etməliyik”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu