Qənirə Paşayeva şəhid anası ilə görüşüb


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şəhid Tural Məmmədovun anası Könül Həsənova ilə görüşüb.



AFN xəbər verir ki, K.Həsənova ilə görüşdə "Sizin kimi ailələrlə qürur duyuruq" - deyən millət vəkili şəhidin anasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz şəhid anası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Tural Məmmədov kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!
Q.Paşayeva şəhid əsgərin anasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu