ABŞ hökuməti Milli Qvardiyanın Vaşinqtonda olmasını istəyir


ABŞ hüquq-mühafizə orqanları keçmiş prezident Donald Trampın impiçment prosesi zamanı Milli Qvardiyanın əlavə birləşmələrinin Vaşinqtonda qalmasını tələb edir.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat verib.

Məmurlardan birinin sözlərinə görə, bu, qanunvericilərin ünvanına gələn təhdidlərlə bağlıdır.

Silahlı nümayişçilərin Konqresin ərazisinə hücum etmək üçün geri dönəcəkləri ilə bağlı təhdidlər Kapitoli polisini və digər hüquq-mühafizə orqanlarını Senatda Trampın impiçmenti ilə bağlı məsələ nəzərdən keçirilən müddətdə Vaşinqtonda minlərlə Milli Qvardiya hərbçisinin qalmasında israr etməyə məcbur buraxır.

Xüsusi xidmət orqanlarının məlumatlarına görə, internetdə Konqres üzvlərinə işə gedərkən və işdən evə dönərkən hücumlar ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları impiçment prosesinin başlayacağı 8 fevral tarixinə qədər etirazçıların mümkün geri qayıdışına hazırlaşmağa başlayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu