Ədliyyə Nazirliyinin İcra baş idarəsində struktur dəyişikliyi olub


“Ədliyyə Nazirliyinin İcra və Probasiya xidməti Bakı şəhərinin rayonlarında ayrı qurum kimi fəaliyyət göstərəcək”.



“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova vidokonfransda deyib.

Onun sözlərinə görə, bu təcrübənin digər rayonlarda da tətbiq edilməsi gündəmdədir: “Bundan başqa, Ədliyyə Nazirliyinin İcra baş idarəsində Kredit borcları şöbəsi yaradılıb. Bu da kredit problemləri ilə bağlı işlərin daha səmərəli icra edilməsinə töhfə verir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu