“Baku Medical Plaza”dan dünyasını dəyişən hərbçinin ailəsinin ittihamlarına cavab


“Baku Medical Plaza” dünyasını dəyişən hərbçinin ailəsinin ittihamlarına cavab verib.

Klinikadan AFN-ə daxil olan məlumatda bildirilir:

İttihama görə, Azərbaycan Silahı qüvvələrinin zabiti, 1982-ci il təvəllüdlü Rəşad Səbzulla oğlu Mahmudov meydana gələn simptomlara görə müraciət etdiyi Hərbi Hospitalda ona beynin meningioması (xoşxassəli şiş) diaqnozunu qoyublar. Amma hospitalda əməliyyat üçün lazımi avadanlığın olmadığını bildiriblər. Vəziyyətinin anidən pisləşməsi səbəbindən ailəsi “Baku Medical Plaza”ya, (Babək Prospekti) yəni özəl xəstəxanaya müraciət edib. Dekabr ayının 15-də neyrocərrah Tural Rəhimli şişin alınması üzrə əməliyyat keçirib. Həkim əməliyat üçün ödəniş götürməyib.
R.Mahmudovun həyat yoldaşı Yuliya xanımın sözlərinə görə, əməliyyatdan bir müddət sonra Rəşadda klebsiella infeksiyası nəticəsində aspirasion pnevmoniya aşkar edilib, nəticədə həkim onu reanimasiyada saxlamaq qərarına gəlib. Rəşad ağır vəziyyətdə süni tənəffüs aparatına qoşulub. Onun klinika xərclərini qarşılamaq üçün bankdan kredit götürülüb. Rəşadın vəziyyət çox kirtik olduğu üçün digər klinikalar onu qəbul etməyib. Ailəsi Rəşadın klinika xərclərini ödəmək üçün yardım istəyib.
Bu barədə klinikamızla əlaqə saxlamadan, məsələyə bizim münasibətimizi öyrənmədən dərc edilən məlumatda həqiqətlər öz əksini tapmayıb. Xəstənin vəziyyətinin ağır olması və əməliyyatdan sonra yarana biləcək fəsadlar barədə öncədən ailəsinə məlumat verilib və onları da razılığı ilə son şans olaraq 15.12.2020-ci tarixində klinikamızda əməliyyat keçirilməsi qərara alınıb. Pasientin əməliyyatına və reanimasion xəsrclərinə görə həkimlər və klinika əlavə məbləğlərdən imtina edib, ödənilən vəsait reanimasion müalicəsi üçün zəruri dərmanlara xərclənib, əlavə olaraq 20000 manat məbləğində göstərilən tibbi xidmət klinika hesabına təmənnasız göstərilib.
Klinikamızın reanimasiya şöbəsində mütəmadi olaraq infeksiya kontrol şöbəsi tərəfindən infeksiyalara qarşı nümunələr götürülür və bu nümunələrdə adı çəkilən klebsiella virusu aşkarlanmayıb. Bu tip viruslar hər insanın orqanizmində mövcud olan və immun sisteminin aşağı düşməsi ilə üzə çıxan viruslardır. Pasientin müalicəsi aspirasion pnevmaniya diaqnozu ilə reanimasiya şəraitində davam etdirilib. Klinika olaraq hərbçimiz üçün əlimizdən gələn hər bir şeyi etdik. Həkim heyəti və tibbi personalın səylərinə baxmayaraq təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı".
Biz, Baku Medical Plaza olaraq hər zaman hərbçilərimizin və qazilərimizin yanında olmuşuq və onlara əlimizdən gələn dəstəyi göstərmişik. Ümumiyyətlə, müharibədə ikinci Qarabağ müharibəsində iştirak edib-etməməsindən asılı olmayaraq bütün hərbçilərin, eləcə də siravi vətəndaşların həyatı bizim üçün çox önəmlidir.
Qeyd edək ki, ailəsi Rəşadın iştirak etdiyini bildirsə də, o, səhhəti ilə bağlı müharibədə iştirak etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu