Bakıda yaşayan Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqəsinin verilməsi vaxtı uzadıldı


2021-ci il yanvarın 8-dən etibarən Bakı şəhərində və ölkənin digər rayon və şəhərlərində müvəqqəti yaşayan Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitən, itirilən, istifadəyə yararsız hala düşən şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi prosesinin vaxtı uzadılıb.



Bu barədə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Bildirilib ki, şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi fevralın 15-dək Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 130 ünvanında Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən təmin olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu