Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq - VİDEO


Füzulidə yeni qurulan hava limanının uzunluğu 3 min metr olacaq.



AFN Trend-ə istinadən xəbər verir ki, bu barədə gürcü jurnalistlərinə Füzuli aeroportunun tikinti işlərini aparan şirkətin nümayəndəsi Şaiq Qocayev məlumat verib.

Şirkət nümayəndəsi bildirib ki, Füzuli aeroportunun uçuş eniş zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hazırda torpaq qatı çıxardılaraq əvəzinə təbii çınqıl materialı döşənir. Daha sonra asfalt örtüyü çəkiləcək. Ş.Qocayev bildirib ki, tikinti işlərinin vaxtında başa çatması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu