MN: Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir


Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb.



AFN xəbər verir ki, itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Məlumata görə, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Xatırladaq ki, Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Siyahıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilən 2 881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu