Gürcüstanda daha 15 nəfər koronavirusdan vəfat edib


Gürcüstanda son sutkada koronavirusa 147 yeni yoluxma halı təsdiqlənib, 193 nəfər müalicə olunaraq sağalıb.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 272 998-ə, sağalanların sayı isə 266 886-ya çatıb.

Son 24 saat ərzində virusun yaratdığı ağırlaşmalar səbəbindən vəfat edənlərin sayı 15 nəfər artaraq 3 591-ə yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu