Xızıda dayısını güllələyən şəxsin istintaqı başa çatıb


Xızı rayonunda dayısını öldürməyə cəhddə təqsirləndirilən Rauf Fərzəliyevin oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Fikrət Qəribovun icraatındadır.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Atıağac qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini R.Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Aparılan araşdırmalarla R.Fərzəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı ov tüfəngi ilə dayısı Vahid Əhmədovu qəsdən öldürmək məqsədilə atəş açmasına baxmayaraq, güllənin ona dəyməyərək yan keçməsinə, daha sonra isə V.Əhmədovun bıçaqla R.Fərzəliyevə qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda R.Fərzəliyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və V.Əhmədov isə 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu